Dünya 17:00 28.11.2022

Aİ Şurası sanksiyalardan yayınmağı cinayət hesab etdi

Avropa İttifaqı (Aİ) Şurası sanksiyalardan yayınmanın cinayət əməlləri siyahısına daxil edilməsi qərarını təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Şuranın saytından məlumat yayılıb

İndi Aİ cinayətlərin tərifini və məhdudlaşdırıcı tədbirlərin pozulmasına görə cəzalar hazırlamalıdır. Daha sonra bu layihə həm də Aİ Şurası və Avropa Parlamentinin müzakirəsinə təqdim olunacaq.

"Aİ... Rusiya iqtisadiyyatına qarşı görünməmiş sayda sanksiyalar qəbul edib və onu Ukraynaya qarşı təcavüzünü davam etdirmək imkanından məhrum edib. Onların həyata keçirilməsi uğurlu olmaq üçün birgə səy tələb edir və bugünkü qərar bu tədbirlərdən yan keçmək cəhdlərinin dayandırılmasını təmin etmək üçün mühüm vasitədir”, - Çexiyanın ədliyyə naziri Pavel Blazek bildirirb.

Avropa Komissiyası həmçinin Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini leqallaşdırmaq istəyir və artıq sanksiyalar qanunvericiliyinə düzəlişlər üzərində işləyir. Bunun üçün sanksiyaların pozulması əmlakın müsadirəsinə imkan verən cinayətlər sırasına daxil edilə bilər. Hazırda bu sıraya korrupsiya və çirkli pulların yuyulması kimi cinayətlər daxildir. Hələlik Aİ-yə üzv olan ölkələrin yalnız az bir hissəsi sanksiyalardan yayınma qaydasına malikdir (məsələn, Almaniya).

Nizami Bağırov