Xəbər lenti

Ölkə 17:32 24.05.2023

Ailə üzvləri Anar Əsədli ilə görüşə bilmir

Həbsdə olan Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) başqanı Anar Əsədlinin ailəsi onunla görüşə bilmir. 

Bu barədə Qaynarinfo-ya AY Partiyadan daxil olan məlumatda bildirilib. 

Məlumata görə, ailə üzvlərinin Anar Əsədlinin saxlandığı Bakı İstintaq Təcridxanasının rəhbərliyi görüş üçün Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ)  icazə verməli olduğunu əsas gətirir. BMCMİ isə Anar Əsədlinin ailə üzvləri ilə görüşünə heç bir qadağa olmadığını bildirir. 

Bununla belə, ailə üzvləri onunla görüşünə şərait yaradılmır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->