Xəbər lenti

Ailəli tələbələrə ŞAD XƏBƏR
Ölkə08:33 18.11.2014

Ailəli tələbələrə ŞAD XƏBƏR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ali və orta ixtisas məktəblərinin yataqxanalarında ailəli tələbələr ayrı otaqla təmin ediləcək.

Oxu.Az-ın məlumatına görə, bu, 2014-2025-ci illəri əhatə edən “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda nəzərdə tutulub. Bununla bağlı müvafiq tədbirlər həyata keçiriləcək.

İşlərin icrası Təhsil Nazirliyinə həvalə olunub.

Qadınların məşğulluğunun artırılması məqsədilə onların peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunması işinin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi müvafiq işlər həyata keçiriləcək.

Qaynar.info