
Tətildəsiniz, amma bir tərəfdən də oyanan kimi iş e-mailinizi yoxlayırsınız…
Qaldığınız oteldə kabelsiz internet yoxdursa və ya dağın təpəsində mobil telefonunuz tutmursa, narahatsınız… Telefonunuzun batareyası azalanda narahat olursunuz. Bunların hamısı, cib telefonu asılılığının yaratdığı "davamlı əlçatan" olma stressin tipik işarələridir.
Aktual.az dünya mətbuatına istinadən xəbər verir ki, “ağıllı telefon”un ixtirası səhər 9 - axşam 5 arası iş saatlarının yaratdığı məhdudiyyətlərdən xilas olmağın fürsətini yaratdı. Elastik iş üsulu insanların iş həyatlarında daha avtonom olmalarını, ailələriylə, yoldaşlarıyla daha çox vaxt keçirmək imkanı təmin etdi. Lakin ağıllı telefonlar bir çoxumuz üçün isə asılılığa çevrildi. Bu sindromdan gedərək daha çox narahat etməyə başlayır…
“Pittsburgh mərkəzli proqram”ın mütəxxəssisi Kevin Holeş “İPhone”a görə ailəsini və yoldaşları üçün narahatlığına qapılınca, cib telefonu istifadəsini təqibə alan "Moment "adlı bir cib telefonunu ortaya çıxardı.
Bu ixtira istifadəçilərin qurğularda nə qədər vaxt keçirdiklərini görmələrini təmin edir və istifadəçinin özünə qoyduğu limit keçincə xəbərdarlıq göndərir. O öz internet səhifəsində yazıb: "Moment”in məqsədi həyatınızda tarazlığı təmin etməkdir. Bir az telefonla, bir az da telefonunuz olmadan sevdikləriniz, ailə və dostları ilə keçirdiyiniz vaxtdan zövq almağınız üçün ..."
Bəzi iş adamları iş və ictimai həyat arasında tarazlığın asan olmadığını qəbul edir. Məsələn, Alman avtomobil istehsalçısı Daimler, bəzi işçilərini işdən sonra ofisdən qoparmaq üçün “e-poçt üçün avtomatik silmə variant”ını yaratdı.
Coventry Universitetinin Psixologiya, Davranış və Müvəffəqiyyət Araşdırma Mərkəzində çalışan psixoloq Dr. Christine Grant, "Davamlı əlçatan olmaq” mədəniyyətinin mənfi təsirlərini, zehnimizin istirahət etmədiyini, bu səbəbdən də davamlı stressli olduğumuzu deyir: “Nə qədər yorğun və stressli olsaq, o qədər də səhv edərik. Fiziki və zehni sağlamlığımız zərər görər. Davamlı texnologiyayla səyahət etdikləri üçün tükənən çox sayda adamla qarşılaşdım”.
Xüsusilə qadınlar tam gün ofis işiylə xəstəlik riskinə qarşı daha həssas olurlar. Axşam işdən evə gəlirlər, bir çay edib uşaqlarıyla maraqlanırlar və sonra gecə yatağa getmədən əvvəl bir iş daha edirlər.
Doktor Alasdair Emslie də deyir ki, İngiltərədə hər il təxminən 400 min adam iş həyatlarında, özlərini xəstə edəcək səviyyələrdə stress yaradır.
İngiltərədə işçilərin yüzdə 61-i "ağıllı telefonlar"ı olduğunu söyləyir və evdə tablet kompüter istifadə nisbəti də keçən ilə görə, az qala iki qat artaraq yüzdə 44 oldu. Məsləhətçi Rendell iddia edir ki, İngiltərədə əmək, daha geniş ünsiyyət şəbəkələri olsa da, istehsalçılıqda irəliləyiş yoxdur.
Çalışanlar iş yerindən daha asılı hala gəlir, eyni zamanda da işlərin tərs getməsi vəziyyətində daha əsəbi olur.
Təbii cib telefonu şirkətləri və digər texnologiya firmaları da mobil bağlantı vəziyyətinin faydalı olduğunu, zərər vermədiyi fikrini müdafiə edər, bir çox gənc, ofis işçisi və öz işinin sahibi olanlar da bu fikirlə razıdır.
Qısası, əgər çimərliyə enmə hazırlığındasınızsa, e-poçt ayarılarınızı "ofis xaricində" mövqeyinə gətirin, telefonunuzu söndürün, yatağa gedərkən bağlayın və Dr. Granta qulaq verin: "Əgər bir problem varsa, bunu həll edə biləcək sizdən başqa kimsənin olmaması təəccüblü olardı".
Qaynar.info