Xəbər lenti

Ağır qəza: ölən var
Ölkə18:44 23.09.2013

Ağır qəza: ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində Sulutəpə qəsəbəsi ərazisində qeydə alınmış hadisədən sonra sürücü hadisə yerindən qaçıb. Müəyyən edilib ki, piyada 27 yaşlı Qax rayon sakini Həmzəyev Zabir Şair oğlu avtomaşın onu vuran zaman yolu keçmək istəyirmiş. Ancaq bu vaxt Hökməli qəsəbəsi istqamətində hərəkət edən avtomobilə diqqət yetirməyib və onun zərbəsinə tuş gəlib.

Nəticədə xəsarətləri ağır olan Zabir Həmzəyev hadisə yerində keçinib. Şahidlərin sözlərinə görə, Zabiri vuran avtomobil “Volkswagen‎” markalı imiş.

Hazırda polis qəzanı törədərək hadisə yerindən yayınan həmin sürücünün axtarışları ilə məşğuldur.

Qaynar.info