Xəbər lenti

Akademik seçilən məmur və deputatlar - SİYAHI
Ölkə04:39 01.07.2014

Akademik seçilən məmur və deputatlar - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə seçkilərin nəticələri məlum olub.

“Qafqazinfo”nun məlumatına görə, akademik seçilənlər arasında Milli Məclisin deputatları, məmur və institut direktorları da var. Həmin şəxslərin siyahısını təqdim edirik.

AMEA-nın həqiqi üzvü seçilənlər:

Asəf Hacıyev (deputatdır). İxtisası: Riyaziyyat.

Rasim Əliquliyev (AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktorudur). İxtisası: İnformatika.

Adil Qəribov (AMEA Radiasiya Problemləri İnstitutunun direktorudur). İxtisası: Kimya

Kamal Abdulla (Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviridir). İxtisası: Dilçilik.

Rafael Hüseynov (deputat). İxtisası: Ədəbiyyatşünaslıq.

Qurban Yetirmişli (Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktorudur). İxtisası: Seysmologiya

Tofiq Hacıyev (Nəsimi adına Dilçilik İnstitutunun direktorudur). İxtisası: Dilçilik.

AMEA-nın həqiqi üzvü seçilib:

Gövhər Baxşəliyeva (deputat və  AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktorudur). İxtisası: Şərqşünaslıq.

Qaynar.info