Xəbər lenti

Akif Çovdarova 1 milyonluq yeni ittiham irəli sürüldü
Ölkə06:52 05.09.2016

Akif Çovdarova 1 milyonluq yeni ittiham irəli sürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general-mayor Akif Çovdarova yeni maddə ilə ittiham irəli sürülüb.
Lent.az-ın qafqazinfo-ya istinadən bildirir ki, hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, baş prokuror Zakir Qaralov tərəfindən təsdiqlənən ittiham aktında A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 179.3.1 (Mənimsəmə və ya israf etmə; mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 179.3.2-ci (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə) maddələri ilə ittiham verilib. A.Çovdarov bu maddə üzrə dövlət büdcəsini mənimsəməkdə təqsirləndirilir. O, büdcədən təxminən 1 milyon manat pulu agentura şəbəkəsinin saxlanması adı ilə götürərək mənimsəyib.
Akif Çovdarov istintaqda ifadəsi zamanı ittihamı qəbul etmədiyini bildirib. O deyib ki, pullar həqiqətən də agentlərə ödənib. Lakin, A.Çovdarov agentlərin kimliyini istintaqa açıqlamaqdan imtina edib.
Qaynarinfo.Az