Xəbər lenti

Akif Təvəkküloğlunu kim əvəz edəcək?
Ölkə09:26 19.04.2020

Akif Təvəkküloğlunu kim əvəz edəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin dünən buraxılan Aparatı tam yeni tərkibdə formalaşacaq.
Qaynarinfo BakuPost-a istinadən xəbər verir ki, bununla bağlı Milli Məclis rəhbərliyi seçim mərhələsinə başlayıb.
Bu prosesdə əsas istiqamətlərdən biri də Milli Məclisin mətbuat xidmətinin dəyişdirilməsidir. Məlumata görə, yeni tərkibdə xidmətə rəhbərlik etmiş Akif Təvəkküloğlu olmayacaq.
Parlament rəhbərliyi Mətbuat Xidmətinə rəhbərlik edə bilən uğurlu kadr axtarışındadı. Hələlik bir neçə namizəd var və onlar arasında seçim edilir.
1962-ci il təvəllüdlü A.Təvəkküloğlu 2006-cı ildən Milli Məclisin mətbuat katibidir.