Xəbər lenti

Aktobe hava limanından Bakıya ilk təyyarə eniş etdi
Ekonomiks12:29 07.07.2022

Aktobe hava limanından Bakıya ilk təyyarə eniş etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qazaxıstanın "Qazaq Air” aviaşirkətinin ilk təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Qaynarinfo-ya verilən məlumata görə, bu həftədən etibarən Qazaxıstanın aviadaşıyıcısı yeni Aktobe-Bakı-Aktobe və Nur Sultan-Bakı-Nur-Sultan (Aktobe üzərindən tranzit) marşrutu üzrə müntəzəm reyslər yerinə yetirəcək.
Məlumata görə, bu istiqamətdə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək. Bu marşrut üzrə uçuşlar 86-dək sərnişin oturacağı ilə təchiz edilmiş Kanada istehsalı olan "De-Havilland Dash 8-Q400” hava gəmisində həyata keçirilir.
Bu istiqamət üzrə aviabiletləri aviadaşıyıcının rəsmi internet saytında www.flyqazaq.com, həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür.
Səyahət etməzdən öncə bütün sərnişinlərə COVID-19 pandemiyası zamanı hər iki ölkədə mövcud giriş qaydalarına dair ən son məlumatları yoxlamaq tövsiyə olunur.