Ekonomiks 11:23 08.02.2023

Aktyorların maaşları niyə verilmir? (AÇIQLAMA)

Akademik Milli Dram Teatrının aktyorlarının maaşları gecikib.
 
Bu barədə Qaynarinfo-ya sözü gedən teatrdan məlumat verilib. Aktyorlar artıq 12-13 gündür ki, əmək haqqalarını ala bilmədiklərini vurğulayıblar. Onlar əmək haqqlarının hər ayın 28-30-da aldıqlarını bildirirlər.
 
Bəs maaşların gecikməsinə səbəb nədir?
 
Akademik Milli Dram Teatrının direktor müavini Hacıbaba Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, il dəyişəndə yeni maliyyə hesabatları açılır:
 
"Maaşlarda artım olub, əmək haqqlarında dəyişikliklər var, onunla bağlı hesablamalar aparılır. Əməkdaşlar maaşlarını hər ayın 1-də alır. Gecikmə 8 gündür. Yaxın iki-üç gündə bütün maaşlar hesablara köçürüləcək”. 

Bahar Rüstəmli