Xəbər lenti

Aktyorun döydüyü məktəb direktoru ilk dəfə danışdı (VİDEO)
Ölkə06:58 23.11.2018

Aktyorun döydüyü məktəb direktoru ilk dəfə danışdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aktyor Rza Rzayevin noyabrın 20-də Nizami Rayon Məhkəməsinin qarşısında aylardır qalmaqal yaşadığı Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi döyərək ona ağır bədən xəsarətləri yetirməsi barədə xəbər vermişdik.
Qaynarinfo-nun oxu.az-a istinadən məlumatına görə, R.Rzayev hadisənin söyüşə görə baş verdiyini, elə də böyük dava olmadığını söyləyib.
Ötən gün gənc müəllim Həbib Əlizadə 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə alan direktora baş çəkərək oradan canlı yayım edib.
Tural Mirzəliyev hadisə barədə danışmadan onu dəstəkləyən, xəstəxanada ziyarət edən insanlara təşəkkür edib.