
"Bayrağımızı alıb çırmaq istədilər. Buna icazə verməmək üçün əllərindən aldıq. Fikrimcə, çox normal hərəkət etdik. Kimsəyə zərər verəcək hərəkət etmədim. Amma mənə bir neçə yumruq vurdular". Qaynar.info-nun məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Ansi Aqolli deyib.
AVRO-2016-nın seçmə mərhələsinin Serbiya - Albaniya oyunu meydandakı olaylara görə yarımçıq dayandırılıb. Matçın iştirakçısı olan Aqolli Türkiyə mətbuatına olayla bağlı açıqlama verib. "Qarabağ"ın futbolçusu serb fanatların himnlərinə qarşı hörmətsizlik etdiyini bildirib: "Himnimizi belə eşitmədim. Oyun başlayanda isə əllərində nə vardısa bizə atdılar. Daş və mobil telefonlar belə var idi".
Aqolli ermənilərin Yerəvanda keçirilən Ermənistan - Serbiya matçında açdığı "Qarabağ Ermənistanın, Kosova Serbiyanın" pankartı ilə bağlı da fikirlərini bildirib: "Hər kəs Qarabağ və Kosovanın kimin olduğunu çox yaxşı bilir. Dünya Qarabağı Azərbaycanın torpağı, Kosovanı müstəqil respublika kimi tanıyır".
qaynar.info