Xəbər lenti

Aleks "Neftçi”də?
İdman04:48 06.06.2013

Aleks "Neftçi”də?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin “Fənərbağça” klubunun keçmiş ulduz futbolçuları “Neftçi”yə keçə bilər.

Qaynar.info Azerisport.az saytına istinadən  xəbər verir ki, söhbət Aleks və Deyvid de Souzadan gedir.

Onların Braziliyadakı agentləri artıq Azərbaycan çempionuna müştərilərinin xidmətini təklif ediblər. Amma bu transferlərin nə dərəcədə real olduğu hələlik bilinmir.

Qeyd edək ki, Aleks 2004-2012-ci illər aralığında “Fenerbahçe”də çıxış edibsə, Deyvid 2006-2010-cu illərdə Türkiyə çempionatında top qovub. Hazırda isə onların hər ikisi "Coritiba"da top qovurlar.

Qaynar.info