
19 yaşadək qızlardan ibarət yığmamız (U-19) Latviyanın paytaxtı Riqada təşkil olunacaq “Baltik Kuboku” turnirində iştirak edəcək. Qaynar.info xəbər verir ki, bu üzdən hazırda Riqa şəhərində olan yığmamızı sürpriz qonaq ziyarət edib.
Belə ki, sürpriz şəkildə Latviya millisi ilə 2004-cü ildə Portuqaliyada keçirilən Avropa çempionatına vəsiqə qazanan, eləcə də bu mövsümdən I dəstədə çıxış edəcək "Bakı" klubunun sabiq baş məşqçisi Aleksandr Starkov komandanı ziyarət edib.
Qeyd edək ki, U-19 avqustun 21-də Litva, 22-də Latviya və 23-də Estoniya ilə turnirdə gücünü sınayacaq.
Qaynar.info