
AMİ-nin Mingəçevir Filialının əməkdaşı Zoya Süleymanova yenidən ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət edib.
Qaynar.info-ya göndərdiyi məktubda o bildirir ki, bir neçə gün öncə Mingəçevir Filialının rəhbərliyinin onun şikayəti ilə bağlı verdiyi təkzib həqiqəti əks etdirmir.
Vətəndaşın sözlərinə görə, o, artıq dəfələrlə mənəvi təzyiqlərə məruz qalıb, məhz rüşvət vermədiyinə görə işdən azad edilib. Himayəsində azyaşlı uşağın olduğunu bildirən və özünün də xəstə olduğunu deyən vətəndaş ölkə başçısına müraciətində qeyd edir ki, işə bərpa olunmasına və hüquqlarının pozulmasının qarşısının alınmasına yardım etsin.
Bununla yanaşı, Zoya Süleymanova Qaynar.info-da AMİ–nin Mingəçevir filialının göndərdiyi təkzib məktubuna da münasibət bildirib.
Onun müraciətini olduğu kimi təqdim edirik:
"AMİ–nin Mingəçevir filialının rəhbəri R. Şükürovun təşkil etdiyi və kollektivin adından təqdim olunan müraciətə və eləcə də "AMİ-nin Mingəçeviir filialında nə baş verir?" başlıqlı yazıya qarşı tərəf kimi mövqeyimi dərc etməyinizi xahiş edirəm.
Mən, Suleymanova Zoya Cumar qızı ehtiyac içində yaşayasam da, mənim əslim, köküm var. Mən Mingəçevirin quruculuğunda xidmətləri olan, ulu öndərimiz Heydər Əliyev tərəfindən ”Bakı Metropoliteninin” tikintisində medalla təltif olunan Suleymanov Cuma Cümşüd oğlunun qızıyam. Mənım atamı dürüstlüyünə görə Mingəçevirdə ”Qızıl Cuma” adlandırıblar. Bunu bütün şəhər bilir. Eyni zamanda mən Böyük Vətən müharibəsində Polşada Vətən uğrunda igidliklə həlak olmuş Sovet İttifaqı Qəhrəmanı Qolovçenko İvan Qriqoryeviçin nəvəsiyəm. Mənim nəslimdə riyakar, saxtakar, xəyanətkar yoxdur.
Mənim dövlətçiliyə sadiq bir vətəndaş kimi siyasətini dəstəklədiyim möhtərəm prezidentimiz İlham Əliyevə və təhsilimiizin inkşafında misilsiz xidmətləri olan Mehriban xanıma müraciətim niyə AMİ-nin Mingəçevir filialınin rəhbərliyini belə qıciqlandırıb?
Qaynar.info saytının redaksiyasına ünvanlanan bu "müraciətin” necə, hansı şəraitdə və kimlər tərəfindən imzalanması mənə məlumdur. Sizə də açıqlayacam. Bunu mənim məlum müraciətimdən sonra gecə ilə yaxın ətrafını yığan filialın rəhbəri Rasim Şükürov hazırlatdirib və xəlvəti institutun bağlanmasına etiraz müraciəti kim imzaladıb. ”Müraciətdə” qeyd olunan yalanlara cavab olaraq bildirəm:
Birincisı, bütün ali məktəblərdən fərqli olaraq AMİ-nin Mingəçevir filialında tələbə qəbulu olduğu zaman da struktur dəyişikliyi və ya ixtisar oyunları tez-tez olub. Bunu yeni rəhbərlik istəsə də, dana bilməz. Bu bütün filiala məlumdur və sənədlərlə təsdiq olunur. İxtisar edib sonra da yenə ştat gətirdilər.
Mənim çıxışım zamanı emosional vəziyyətimə vurulan eyhama cavab olaraq qeyd edirəm ki, onlar mənim vəziyyətimi anlaya bilməzlər. Yaxşı deyiblər: “Toxun acdan nə xəbəri”.
Mən ordaki bəziləri kimi saxtakarlıqla dövlətin yüz min manatlarla vəsaitini mənimsəməmişəm. İclaslarda onları deyil, məni Rasim Şükürov yersiz pisikdirib. Nədənsə bu məktubda sənədlərin saxtalaşdırılması, əmr kitablarının dəyişdirilməsi, başqa ali məktəblərin müəllimlərinin özlərinin belə xəbəri olmadan adlarını ştatla işə yazıb əməkhaqlarının yeyilməsi, mövcud olmayan qruplara dərs saatlarının yazılaraq büdcə vəsaitinin talan edilməsi, saxta silinmə aktları və s barədə ittihamılarıma cavab verilməyib. Çünki bu dəliilərlə subut olunan, hamıya məlum olan faktlardır.
Sabiq dəftərxana müdiri kimi araşdırmada iştirak etdiymdən məndə də faktlar var. Subut edə bilərəm. Onlardan bəziləri rəhbərliyin təzyiq ilə istənilən sənədə imza edərlər. Məhz belələrinin məsuliyyətsiz imza atmaq vərdışləri hesabına Orucəli Rzayev və Heyran Şikarova alınmayan inventarlara ayrılan 100.000 manatlarla dövlət vəsaitni mənimsəyiblər. Bunu hamımız audit yoxlaması zamanı "bəzilərinin imzası" ilə "böyük əsəriyyətin" isə yerinə imza etməklə dövlət vəsaitinin mənimsənilməsinin, inventar catışmazlığının, inventarın dəfələrlə silinib yenidən yazıldığının şahidi olduq. Üzərimizə yazılan, amma mövcud olmayan mal –material barədə hər birimiz izahat vermişik. İxtisara düşməyimlə əlaqədar mənə olunan zənglə bağlı isə deyirəm ki, Solmaz Əliyeva mənə zəng edərək "Zoya, sənə deməyə də pis oluram, bilmirəm necə deyim? Sənin kimi işçisini itirmək də istəmirəm, amma müdir deyib ki, xəbərdarlıq et, bilsinlər. Səninlə Sevda ixtisara düşürsünüz, özünüzə iş axtarın" deyib.
Orucəli Rzayevlə bağlı bildirirəm ki, yalnız mən deyil, bütün filial ixtisar zamanı ona rüşvət verib, ən imkansızlar belə. Mənim sübutum da var. O zaman şikayət etməməyimlə bağlı iradlara cavab olaraq bildirirəm ki, Rzayevdən şikayət edən mühasib Əlizadə Gülşən, Təsərrüfat müdiri Şərifov Mahir, operator Aygün, mühafizə Mahir, operator Gulnar, Şəfəq müəllimə və s əməkdaşların aqibəti göz qabağında idi. Bir də o zaman hec olmasa kitabxanaya keçirilmişdim, indiki kimi küçəyə atılmırdım. Mənim həyacanımı anlamamaq ən azı qansızlıqdır. Mən bu gün çorəyi nisyə alıb övladıma verirəm. Onlar mənim balama cörək verəcəklər? İndi də kollektivdə fikir formalaşdırmağa calışırlar ki, sizi tapdalasaq da, dinməyin ha, yoxsa filialı bağlayacaqlar.
Bu boyda qanun pozuntularına ölçü götürülmədiyini əsas gətirərək baş mühasib Heyran Şikarova və sabiq direktorun arxasının möhkəm olduğunu təbliğ edib işçiləri xofda saxlayırlar. Gəlib yoxlasınlar ki, necə də ağ yalandır. Mən Rasim Şükürovun vaxtında bir dəfə də yardım almamışam, əksinə seçkidən sonra əməkhaqqıma əlavədən hər ay 5 manatımı kəsiblər.
Somaz Əliyeva Rasim Şükürovun kabinetində məni "Səni mən boşatdırmışam, səni mən xəstələndirmışəm” deyə aşağılamasını necə dana bilər? Bir də onu bildirim ki, 170 nəfərlik kollektiv tək belələrindən ibarət deyil. Mən bu adamların sifətini araşdırma zamanı görmək istərdim. Cünki mən ölkə başçımıza müraciət etmişəm,onun bu məsələyə biganə qalmayacağına əminəm. Hələ cinayəti gizlətmək məqsədi ilə İcra başçısı Niyazi Bayramovun və Aqiyə xanımın adı ilə mənim ruhi xəstə olduğum haqda sənəd imzalatmağa cəhd ediblər. Mənə bunu buna etiraz edənlər bildirdilər. Mənə indi də dəli damğasını vurmaq istəyirlər. Dəhşətdir. Bir də mən dediklərimi dəlillərlə sübut etməyə hazıram Məktuba imza edənlərlə bağlı aşağıdakıları nəzərə almanızı xahış edirəm;
Bir qurupu məhz sənədləri saxtalaşdıranlardı:
1. Saxtakar baş mühasib Şikarova H.
2. Əmr kitablarını dəyişən Zeynalova A.
3. Aynurənin həyat yoldaşı, tədris şöbə müdiri Zeynalov Ü(kollecdə tələbəsinə sevgi mesajı yazan)
4. Sənəd dəyişən arxiv müdiri İsmayılova X.
5. Saxta əmrləri yazan operator Əliyeva F.
6. Şərabçı ixtisaslı filoloqiya elmləri namızədi, dos. dekan Qədimova Həqiqət.
7. Saxtakarların himayədarı, təqaüddə olan polis işçisi, kadrlar şöbəsinin müdiri Nəsibov Ə.
8. Baş mühassibin atalığı, çayxanada dava salıb filialı respublikada biabır edən Hümbətov M.
9. Orta məktəbdə təqaüdə çıxdıqdan sonra filiala baş mühasib tərəfindən yerləşdirilən müəllimə Mahmudova G.
10. Baş mühasibin əlbir olub kartına maaşlar vurub mənimsədiyi qohumu Quliyeva Afət.
11. Kitabxana müdiri Solmaz Əliyeva (İmza atdığını inkar edir).
13. Yusibova Xatın (İmza atdığını inkar edir).
14.Qurbanova Maya (imza atdığını inkar edir).
15.Əzizova Zenfira və Məmmədova Rahilə (Bu xanımların imza etdikləruinə inanmıram. Cünki saxtakarlığı o zaman rəhbərliyə məlumatla məhz onlar bldiriblər).
Yerdə qalanlar nəyə imza etdiyin anlamadıqlarını, yalnız iş yerlərini itirməmək üçün guya filialın bağlanmasına etiraz məktubuna imza edən bir qrup xadimə və yeni kadrlardır. Görünür, onları aldadıb iddialarıma təkzib məktubuna imza atdırıblar. Onlar olanları necə təsdiq və ya inkar edə bilərlər?
Təsəllim budur ki, filialımızda dürüst, məsuliyyətli ,vicdanlı və savadlı kifayət qədər kadr var".
Qaynar.info
Əvvəlki yazıları bu linkdən oxuya bilərsiniz:
http://qaynar.info/xeber-am-nin-mingcevir-filialnda-n-ba-verir-t39850.html
http://qaynar.info/xeber-ali-mktbin-mkdandan-prezident-muracit-t39644.html