Xəbər lenti

Alim: Qadınlar kişilərlə eyni miqdarda şərab içə bilməz
Sağlamlıq 23:55 11.12.2025

Alim: Qadınlar kişilərlə eyni miqdarda şərab içə bilməz

Sağlam yetkin kişilər üçün gündə 120 millilitrlik üç qədəh şərab içmək mümkündür. Qadınlar üçün isə bu göstərici bir qədəh azdır.

Qaynarinfo xəbər verir ki, bunu "RIA Novosti" agentliyinə açıqlamasında Pivə, Qazsız İçkilər və Şərabçılıq Sənayesi üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Panasyuk bildirib.

Onun sözlərinə görə, kişilər üçün yarım butulka, qadınlar üçün osə şərabın 1/3-i qəbul edilə bilən hədd sayılır. Ekspert qeyd edib ki, bu norma elmi sübutlara deyil, xarici tədqiqatçıların praktiki təcrübəsinə əsaslanır.

"Fransızlarda naharda bir qədəh şərab içmək bir növ kultdur, nəsildən-nəslə keçən vərdişdir", deyə Panasyuk bildirib və xatırladıb ki, insan orqanizmi az miqdarda olan spirt maddələrini özü də şəkərləri parçalamaq yolu ilə istehsal edir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->