Xəbər lenti

Aliyə Qarayeva idmanla niyə vidalaşdı?
İdman10:21 26.06.2013

Aliyə Qarayeva idmanla niyə vidalaşdı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın tanınmış gimnastı Aliyə Qarayeva böyük idmanla vidalaşmasının səbəblərini açıqlayıb.

Qarayeva bunun yaşı ilə əlaqəli olduğunu bildirib:"Fikrimcə, artıq vaxtdı. 25 yaşım var və prinsipcə bu yaşda olanların əksəriyyəti idmandan gedir, hətta bir çoxları idmanı daha tez tərk edir”.

İdmançı qeyd edib ki, gələcək işi ilə bağlı bir neçə təklif də alıb: "Hələlik nəzərdən keçirdiyim bir neçə təklif var və onlardan biri mənim diqqətimi daha çox cəlb edib. Güman edirəm ki, bu məsələ sentyabrda öz həllini tapacaq”.

Xatırladaq ki, Bakıda Avropa çempionu, dünya vitse-çempionu, Olimpiya Oyunlarının ikiqat iştirakçısı və Azərbaycanın beşqat mütləq çempionu Aliyə Qarayevanın böyük idmanla vidalaşmasına həsr edilmiş Qala-konsert keçirilib./Azerisport/