Xəbər lenti

Allahşükür Paşazadə yenidən Nobel mükafatına namizəd oldu
Siyasət12:51 09.09.2020

Allahşükür Paşazadə yenidən Nobel mükafatına namizəd oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu il Azərbaycandan Nobel mükafatına namizəd göstərilən şəxsin adı bəlli olub.
Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov "MediaPost”a açıqlamasında bildirib ki, bu il Azərbaycandan cəmi bir namizəd təqdim olunub.
Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Nobel Sülh mükafatına ekspert qrupu tərəfindən namizəd kimi artıq təsdiqlənib.
Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadə bundan əvvəl də Nobel Sülh mükafatına namizəd göstərilib.
Xatırladaq ki, Azərbaycanda Nobel İnformasiya Mərkəzi 1996-cı ildə Nazirlər Kabinetinin xüsusi qərarı ilə yaradılıb və dünyada beşinci mərkəz sayılır.