Konfrans Liqasının 1-ci turunun oyunundan qabaq Almaniyanın "Köln” klubunun azarkeşləri Fransanın "Nitsa” klubunun azarkeşləri ilə tribunada kütləvi dava salıb və bu, matçın gec başlamasına səbəb olub.
Qaynarinfo "RMC Sport”a istinadən bildirir ki, "Allianz Riviera" stadionunda dava Almaniya komandasının ultraslarının fransız azarkeşlərinin yerləşdiyi sektora soxulmağa cəhd etdikdən sonra başlayıb.
Toqquşma nəticəsində bir azarkeş tribunadan yıxılıb, yeddi nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.
İzdihamı dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.
Nəticədə matç nəzərdə tutulduğundan 55 dəqiqə gec başlayıb.