Xəbər lenti

Alman futbolçu: "Mən heç bir qadın Neymar tanımıram"
İdman16:43 16.07.2023

Alman futbolçu: "Mən heç bir qadın Neymar tanımıram"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qadınlardan ibarət Almaniya millisinin və "Ayntraxt"ın (Frankfurt) müdafiəçisi Sofia Kleynbern PSJ və Braziliya millisinin hücumçusu Neymarı simulyasiya etməkdə ittiham edib. 
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Playboy”a müsahibəsində danışıb.
"Düşünürəm ki, biz həmişə müəyyən situasiyalardan çox nəticə çıxarmırıq. Mən heç bir qadın Neymar tanımıram. Məsələn, mən iki-üç dəqiqə yerdə qalan futbolçu tanımıram (gülür). Ciddi olaraq deyərdim ki, biz həqiqətən də oyunun hər saniyəsinə ürəyimizi qoymuşuq - hətta məğlub olsaq belə, bizi heç vaxt bütün bacarığımızı orataya qoymamaqda ittiham etmək olmaz. Komandamızda inanılmaz dərəcədə ehtiras var. Stadion dolu olanda bu bizim üçün naməlum bir hissdir. Tamaşaçıların bizim üçün orada olmasını gözləmirik, biz də onların yanındayıq", deyə futbolçu bildirib.
Aydın