Xəbər lenti

Alman jurnalist Fransada Azərbaycanla bağlı sual verdi
İdman14:09 08.07.2016

Alman jurnalist Fransada Azərbaycanla bağlı sual verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Avropa çempionatının başa çatması ilə bağlı bağlanış mətbuat konfransı keçirilib.

Qaynarinfo.az-ın Fransaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, finalın keçiriləcəyi "Stad de Frans"ın konfrans otağında jurnalistlər önünə UEFA-nın müvəqqəti baş katibi Teodor Teodoridis, UEFA-nın Yarışların keçirilməsi üzrə rəhbəri Corcio Marketti də çıxıb.

Teodor Teodoridis: "3 nəfərə təşəkkürümü bildirirəm. Bunlar Fransada Təşkilat Komitəsinin prezidenti Jak Lambert, UEFA yarışlarının CEO-su Martin Kallen və UEFA Hakimlər Komitəsinin sədri Anxel MariyaVilyar Lyonadır. Canni İnfantinoya niyə təşəkkür etmədim? Ona görə təşəkkür etmədim ki, o, artıq FİFA prezidentidir.

Bu turnirdə Macarıstanın çıxışı məni sevindirdi. Yunanıstanla Macarıstan arasında olan siyasi səbəblər bu çıxışa sevinməyimə mane ola bilməz. Mən Mişel Platiniyə bütün Avropa çempionatı boyu dəvət göndərdim. Məndə olan məlumata görə, o, finala da gəlməyəcək. Ancaq inanmaq istərdim ki, o fikrini dəyişəcək".

Əcnəbi jurnalistlərdən biri Avropa çempionatının oyunlarından bir neçəsinin 2022-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı sual verib. Sual belə olub: "Azərbaycanda insan hüquqları pozulur. Orda necə qitə çempionatı keçiriləcək?"

Teodoridisin cavabı isə belə olub: "Azərbaycanda bu yaxınlarda U-17 Avropa çempionatı keçirildi. Bizi ordakı təşkilatçılıq və futbola pul yatırılması sevindirdi. Ona görə də Azərbaycanın bu təşkilatçılığın öhdəsindən də gələcəyinə əminəm".

P.S. Sonradan həmin jurnalistin kim olduğu ilə maraqlandıq. Həmin jurnalist atası ərəb olan almaniyalı Nahar Xalid İsmail imiş...

Səbuhi Tofiqoğlu, Paris

Qaynarinfo.az