Xəbər lenti

Almaniya 1/4 finalda Fransaya rəqib oldu
İdman04:50 01.07.2014

Almaniya 1/4 finalda Fransaya rəqib oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"DÇ-2014"ün 1/8 final mərhələsinin oyunları davam edir.

Qol.Az-ın məlumatına görə, bu gün keçiriləcək daha iki oyunla növbəti 1/4 finalçılar bəlli olur.

İlk olaraq Fransa və Nigeriya milliləri üz-üzə gəlib. Bu görüşdə 2:0 hesabı ilə qalib gələn Fransa 1/4 finala yüksəlib.

Digəroyunda isə Almaniya Əlcəzairi sınağa çəkib. Bakı vaxtı ilə saat01:00-də start götürən matçın əsas vaxtında qapılara qolvurulmayıb. Əlavə vaxtda iki qol vuran almanlar 1/4 finala adlayıblar -2:1. Yoahim Lövün komandası bu mərhələdə Fransa yığması iləqarşılaşacaq.  

Qeyd edək ki, artıq Braziliya, Kolumbiya, Hollandiya və Kosta-Rika 1/4 finala vəsiqə qazanıb.





30 İyun

1/8 final mərhələsi

01:00. Almaniya - Əlcəzair - 2:1
Qollar:
Andre Şürrle, 92 (1:0), Məsut Özil, 120 (2:0), Slimani, 121 (2:1)
Hakim: Sandro Riççi (Braziliya)

21:00. Fransa - Nigeriya - 2:0 Hakim: Mark Qeyqer (ABŞ) 
Qollar: Poqba, 80 (1:0), Yobo,90+2-avtoqol (2:0)