Xəbər lenti

Almaniya fubolunun tanınmış siması dünyasını dəyişdi
İdman06:09 23.07.2022

Almaniya fubolunun tanınmış siması dünyasını dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya və dünya futbolunun unudulmaz hücumçularından olan Uve Seeler dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, Qərbi Almaniya millisində 72 matçda 43 qola imza atan və 4 dünya çempionatında iştirak edən Seelerin karyerası bütünlüklə "Hamburq"da keçib. Keçmiş futbolçu, 1966-cı ildə keçirilən dünya çempionatında Almaniya millisinin heyətində ikinci yeri tutub. O, həm də 4 dünya çempionatında qol vuran ilk futbolçu ünvanına malikdir.
Almaniyada bütün zamanların ən böyük oyunçularından biri hesab edilən Seeler, baş zərbələri və ən gözlənilməz bucaqlardan qol vurmaq bacarığı ilə məşhur idi. O, həm də təvazökarlığı, ədaləti ilə tanınırdı və doğma şəhərini təmsil edən "Hamburq"a sadiqliyinə görə böyük hörmət qazanmışdı.
Hücumçu sözügedən klubun heyətində meydana çıxdığı 580 matçda 490 qola imza atıb.
Səbuhi Həsənov