Xəbər lenti

Almaniya millisi Bakıya nə vaxt gələcək?
İdman09:10 13.02.2017

Almaniya millisi Bakıya nə vaxt gələcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martın 26-da Azərbaycan milli komandası ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında üz-üzə gələcək Almaniya yığmasının Bakıya səfər proqramı müəyyənləşib.

Qaynarinfo.Az sport7.az-a istinadla xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının (DFB) rəsmi saytı məlumat yayıb.

Yığma komanda qarşılaşmadan iki gün əvvəl Bakı vaxtı ilə 17:35-də çarter reysli təyyarə ilə Düsseldorfdan yola düşəcək. Gecə saatlarında Bakıya çatacaq futbolçular "Boulevard Hotel"də məskunlaşacaqlar.

Almaniya millisinin məşqləri oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda keçəcək. Görüş isə martın 26-da saat 20:00-da başlanacaq. Qarşılaşmanın ardından qonaq komanda birbaşa hava limanına yollanaraq, gecə saat 02:20-də Frankfurta uçacaq.

Qaynarinfo.Az