
Futbol üzrə Almaniya superkubokunun qalibi müəyyənləşib.
Qol.Az-ın məlumatına görə, həlledici görüşdə "Bavariya" və "Borussiya" (Dortmund) komandaları üz-üzə gəlib.
Ötən mövsüm Bundesliqanın qalibi və ölkə kubokunun sahibi olan "Bavariya" klubu bu oyunun əsas favoriti hesab olunurdu. Lakin bu görüşdə 2:0 hesabı ilə qalib gələn Dortmund təmsilçisi superkuboka yiyələnib.
Qeyd edək ki, bu, "Borussiya"nın tarixi ərzində qazandığı 5-ci superkuboku olub.
13 avqust
Almaniya superkuboku
"Borussiya" (Dortmund) - "Bavariya" - 2:0
Qollar: Mxitaryan, 23 (1:0), Abameyanq, 62 (2:0)
Qaynar.info