Xəbər lenti

Almaniya və Fransa klublarından qələbə
İdman20:29 09.03.2022

Almaniya və Fransa klublarından qələbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avroliqada 1/8 final mərhələsinə start verilib.
Qaynarinfo xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. 
Almaniya təmsilçisi "Ayntraxt" İspaniyada "Betis"in qonağı olub. Qarşılaşma almanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Digər görüş isə Portuqaliyada keçirilib. Doğma meydanda Fransa təmsilçisi "Lion"u qəbul edən "Portu" minimalhesablı məğlubiyyətə uğrayıb - 0:1. 
Bu mərhələnin cavab görüşlərinin hamısı martın 17-də keçiriləcək.
Avropa Liqası, 1/8 final, ilk oyunlar
9 mart
"Betis" (İspaniya) - "Ayntraxt" (Almaniya) - 1:2
(Nabil Fekir, 30 - Filip Kostiç, 14. Daiti Kamada, 32)
"Portu" (Portuqaliya) - "Lion" (Fransa) - 0:1
(Lukas Paketa, 59)
Səbuhi Həsənov