Xəbər lenti

Almaniya və Rusiya arasında savaş ola bilər? (ŞƏRH)
Dünya 18:48 11.12.2023

Almaniya və Rusiya arasında savaş ola bilər? (ŞƏRH)

"Vladimir Putin imkan yaranan kimi, Ukraynanın ardınca bütün qəzəbini Avropaya yönəldəcək".
 
Bunu Qaynarinfo-ya hərbi ekspert İbrahim Rüstəmli Almaniya Bundesverin baş müfəttişi Karsten Breuerin "Bir gün Almaniya yəqin ki, Rusiyaya qarşı müdafiə müharibəsi aparmağa məcbur olacaq" fikrinə münasibət bildirərkən deyib.

İbrahim Rüstəmli vurğulayıb ki, bu gün əslində Ukraynada Qərblə Rusiyanın müharibəsi gedir: 

"Hazırda dünyada gedən proseslər müharibə ocaqlarının sayını artırmaq, müxtəlif bəhanələrlə bir sıra ölkələrin üzərinə yürümək, onları əsarət altına salmaq istiqamətində cərəyan edir. Bu mənada ABŞ-ın əslində Ukrayna xalqına ürəyi yanmır. Onun bir məqsədi var, Rusiyanı çökdürmək. Bu mənada da Ukraynadan Rusiyaya qarşı istifadə edirlər. Bu da öz növbəsində Rusiyanın da Qərbə münasibətdə təzyiq elementinə əl atmasına əsas yaradır”. 
 


Ekspertin fikrincə, Qərb tərəfindən milyardlarla dollar Ukraynaya yönəldilir ki, Rusiyanın başı bura qarışsın:

"Amma Rusiya ayağa qalxa bilsə, Ukrayna savaşından sonra bütün qəzəbini Avropaya yönəldəcək. Qərbin qorxduğu məsələ Rusiyanın nüvə silahına əl atmasıdır. Putin tez-tez nüvə müharibəsinə başlanıla biləcəyi ifadəsini dilə gətirir. Moskva Qərbə qarşı çox qəzəblidir. İmkan düşən kimi, Ukraynaın ardınca bütün qəzəbini Avropaya yönəldəcək. Bu realdır".

Qeyd edək ki, Almaniya mətbuatının yazdığına görə, Bundesverin baş müfəttişi Karsten Breuer bir gün Almaniyanın Rusiyaya qarşı müdafiə müharibəsi aparmağa məcbur olacağını bildirib. Onun sözlərinə görə, Rusiyanın yenidən silahlanması və Vladimir Putinin davranışı narahatlıq doğurur. Baş müfəttiş bildirib ki, Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalından əvvəlki dövrlərə qayıtmaq olmayacaq. O, vurğulayıb ki, almanlar bir gün müdafiə müharibəsi aparmalı olacaqlar. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->