Xəbər lenti

Almaniyaya aparılan Hacı Nurandan xəbər var
Ölkə14:29 03.07.2018

Almaniyaya aparılan Hacı Nurandan xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Aparıcı Hacı Nuran hazırda özünü yaxşı hiss edir, pozitivdir. İlkin müayinələr olunub. Sabah bir daha analiz verəcək”.
Qaynarinfo xəbər verir ki, bu sözləri musavat.com-a açıqlamasında aparıcının köməkçisi deyib.
O, bildirib ki, Hacı Nuran bir aydan artıq Almaniyada qalacaq: "Bakıdakı müayinələrdən şişin onkoloji olduğu bəlli idi. Almaniyada müayinə olundu, müalicə alır. Ilkin testlər götürülüb. Sabah bir daha  yenidən analiz verəcək. Ondan sonra şişin xoş, yoxsa bədxassəli olduğu bilinəcək. Hələ ki, bir ay orada qalacağı deyilir. Amma lazım olarsa, daha çox qalacaq. Hər şey 2 gündən sonra analizin cavabı çıxanda bilinəcək”.
Qeyd edək ki, təzyiqi qalxdığı üçün xəstəxanaya yerləşdirilən Hacı Nuranın ağciyərində onkoloji şiş olduğu məlum olmuşdu.