"Qarabağ”ın və millimizin üzvü Riçard Almeyda Azərbaycanı tərk edir.
Qaynarinfo xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "Qarabağ”la bitən müqaviləsini uzatmayıb. Artıq vətəninə yollanan futbolçu bu barədə Qazaxıstanın "Sports.kz” saytına açıqlamasında bildirib.
Sitat: "Qarabağ”la müqavilənin müddəti bitdi, klubu tərk edirəm. "Astana”ya qayıtmağım mümkün deyil. Çünki biz 3-4 ay bundan əvvəl qarşılıqlı razılaşmayla müqaviləni pozmuşduq. Qazaxıstandan da mənimlə heç kim əlaqə saxlamayıb.
İndi istirahət edirəm, menecerim bəzi klublarla danışıqlar aparır. Yaxın günlərdə qərar verəcəyik”.