
2 amerikalı alpinist, Aleks Lov və Deyvid Bricesin cəsədləri böyük qar uçqununda həlak olduqdan 16 il sonra Himalay dağındakı buzlaqların arasında tapılıb.
Dünyaca tanınan alpinist Lov Tibetdəki 8013 m. hündürlüyü olan Şişapanqma zirvəsinə 1999-cu ilin oktyabr ayında operator Brices ilə birgə çıxıb.
Onları keçən həftə 2 alpinist buzlaqların arasında aşkar edib.
Lovun arvadı Cennifer Lov-Anker bildirib ki, onlar “zamanda donub qalıblar”.
40 yaşı olan cənab Lov dövrünün ən böyük alpinistlərinindən biridir və bir neçə başqa alpinisti xilas etdiyi üçün də məşhurdur.
O və 29 yaşlı Brices yol yoldaşı olmaqla yanaşı, yaxın dost olublar. Onlar dünyanın 14-cü ən hündür zirvəsi olan Şişapanqmaya qalxmağa çalışıblar.
Cəsədlərin aşkar edildiyini cümə günü keçmiş ərinin adına xeyriyyə fondu açmış Cennifer açıqlayıb.
Lov-Ankerin ikinci əri olan Konrad Anker də qar uçqunu zamanı 2 başqa alpinistlə birgə Şişapanqmada olub, lakin kiçik xəsarətlə xilas ola bilib.
Onlar bir neçə gün itkin düşmüş cütlüyün axtarışını davam etdiriblər.
Anker Aleks Lovun dul qadını ilə 2001-ci ildə evlənib və onun 3 oğlunu övladlığa götürüb.
Cennifer Lov-Anker bildirib ki, indi onlar, cənab Anker və oğlanları ilə birgə Şişapanqmaya gedərək “Aleksi dəfn edəcəklər”. (BBC azeri)
Qaynarinfo.az