Xəbər lenti

Altıqat çempionla bağlı həbs qərarı çıxarıldı
İdman05:47 30.04.2022

Altıqat çempionla bağlı həbs qərarı çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyalı məşhur tennisçi Boris Bekker haqqında 2.5 il müddətinə həbs qərarı çıxarılıb.
Qaynarinfonun məlumatına görə altıqat Böyük Dəbilqə çempionu 2017-ci ildə müflisliyini elan etdikdən sonra ona qarşı sürülən saxta mal bəyannaməsi və çirkli pulların yuyulması ittihamı ilə məhkəməyə çıxıb. Məhkəmənin sonunda Bekker 2,5 il müddətinə azadlıqdan məhrum edilib.
Aprelin 8-də keçirilən iclasda iflas qanununa görə borcun gizlədilməsi və əmlakın bəyan edilməməsi daxil olmaqla 4 ittiham üzrə təqsirli bilinən Bekkerin vəkili Conatan Laydlav iclasda cəzanın təxirə salınmasını istəsə də onun tələbi yerinə yetirilməyib.
Alman tennisçinin 2017-ci ilin iyununda özünü müflis elan etməsindən sonra onun bəzi, o cümlədən keçmiş həyat yoldaşının və ayrıldığı arvadının hesablarına yüz minlərlə funt göndərdiyi müəyyən edilib. Üstəlik o, Almaniyadakı mülkünü bəyan etməməkdə və 825 min avroluq bank krediti ilə texnologiya firmasındakı payını gizlətməkdə də təqsirli bilinib. 
Müflisləşməsinə 2013-cü ildə özəl bir bankdan aldığı 4,6 milyon avro, 2014-cü ildə isə bir ingilis iş adamından təxminən 1,6 milyon dollar kredit almasının səbəb olduğunu deyən Bekker, karyerası ərzində əldə etdiyi 50 milyon dollarlıq qazancın ancaq bahalı boşanma və təqaüddən sonrakı borclarına xərcləndiyini bildirib. 
Bekkerin cəzasının yarısını, yəni 15 ayını həbsxanada çəkəcəyi gözlənilir.
Səbuhi Həsənov