Xəbər lenti

“Şamaxı” evdə “Sumqayıt”ı məğlub etdi
İdman 17:07 09.02.2025

“Şamaxı” evdə “Sumqayıt”ı məğlub etdi

Premyer Liqa: "Şamaxı” evdə "Sumqayıt”ı məğlub edib
Misli Premyer Liqasının XXII turunda "Şamaxı” evdə "Sumqayıt”ı məğlub edib.

Qaynarinfo xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 60-cı dəqiqədə Brahim Konate vurub.

Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran bölgə təmsilçisi turnir cədvəlində 8-ci pilləyə yüksəlib. "Sumqayıt” isə 22 xalla altıncıdır.

Qeyd edək ki, günün son matçı "Bank Respublika Arena”da "Sabah”la "Turan Tovuz” arasında baş tutacaq. Turun digər görüşləri fevralın 10-da və 11-də keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->