AFFA-nın İntizam Komitəsi "Şamaxı"nın qapıçılar üzrə məşqçisi Anar Nifəliyevi 5 oyunluq cəzalandırmışdı. Ancaq klub bununla bağlı AFFA-ya apellyasiya müraciəti verməyi düşünmür.
Bu barədə məlumatı Qaynarinfo-ya klubun mətbuat katibi Yusif Hüseynli məlumat verib. Həmkarımız, bunun səbəbini belə izah edib: "Onun cəzası ilə bağlı apellyasiya şirkəti verməmişik, belə bir fikrimiz yoxdur. Çünki azarkeşlərlə onun arasında mübahisə yaşanmışdı. Cəzanı ləğv etməyəcəklər. Həqiqətən bunlar yaşanıb. Azarkeşlər məşqçini söyüb, o da istər-istəməz reaksiya verib. Düşünürük ki, cəza ləğv olunmayacaq və heç bir güzəşt gözləmirik. Üstəlik apellyasiyaya müraciət etmək də ödənişlidir".
Niftəliyev Azərbaycan Premyer Liqasının 13-cü turunda baş tutan "Turan Tovuz” – "Şamaxı” oyununda azarkeşləri təhqir etdiyinə görə 5 oyunluq cəza almışdı. Bununla yanaşı klub da 4000 manat cərimələnmişdi.
Səbuhi Həsənov