Xəbər lenti

"Şamaxı" söz-söhbətlərə aydınlıq gətirdi: "Onlardan razıyıq"
İdman10:43 25.10.2022

"Şamaxı" söz-söhbətlərə aydınlıq gətirdi: "Onlardan razıyıq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Premyer Liqada turnir cədvəlinin sonuncu pilləsində yer alan "Şamaxı" bəyanat yayıb.
Qaynarinfo xəbər verir ki, klub mətbuat xidməti vasitəsilə son günlər uğursuz nəticələrə görə məşqçilər korpusunun göndəriləcəyi haqında söz-söhbətlərə reaksiyasını bildirib. Açıqlamada rəhbərliyin, məşqçilər korpusunun işindən razı qaldığı və onlarla yola davam edəcəkləri bildirilib:
Cari mövsümün əvvəlindən Şamaxıda məskunlaşan komandamız hazırlıqlarını davam etdirir. Yeni klub rəhbərliyinin başçılığı altında mövsümə başlayan komandamızın əsas strategiyası gənc və yerli futbolçulara şans vermək, onları Azərbaycan futboluna qazandırmaqdır. İlk dövrədə qarşıya  komandanın formalaşması, öz oyununu tapması məqsədi qoyulmuşdu və bu hədəfə məşqçilər heyəti və futbolçular tərəfindən nail olunub. Təsadüfi deyil ki, komandamızın 5 üzvü milli komandalara mütəmadi olaraq dəvət alır və bir neçə futbolçu Premyer Liqada debüt edib. Bundan başqa, əsas komandanın məşqlərinə akademiyamızın yetirmələri cəlb olunur. Klub olaraq məşqçilər heyətinin işindən razıyıq, qarşılarına qoyulan işi tam icra etməyə çalışırlar. Komandamıza qış fasiləsinə qədər son pillədən maksimum uzaqlaşmaq hədəfi qoyulmuşdur. Klub olaraq strategiyamızı davam etdiririk, qış fasiləsində ehtiyac yaranarsa, heyətimiz gənc və yerli futbolçularla gücləndiriləcək. Qış fasiləsində legioner futbolçuların cəlb edilməsi klubumuzun strategiyasına uyğun deyil. Hədəfimizə doğru irəliləyirik, gələcəkdə daha çox yerli və gənc futbolçuların istedadlarını kəşf edib Azərbaycan futboluna qazandıracağımıza inanırıq".
Səbuhi Həsənov