İdman 16:26 06.02.2023

Şamaxıda 1 qollu qələbə

Azərbaycan Premyer Liqası çərçivəsində növbəti matç keçirilib.

Qaynarinfo xəbər verir ki,  "Turan Tovuz" səfərdə "Şamaxı"nın qonağı olub. Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma "Turna Tovuz"un minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 54-cü dəqiqədə Tərlan Quliyev rəqib qapısından keçirib. 

Tura bu gün Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Səbail" matçı ilə yekun vurulacaq.

Səbuhi Həsənov