"AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsus "A.M.A.Y Holding" şirkəti məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, iddiaçı Abbasov Vüqar Yusif oğludur. İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Vüqar Abbasovun iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Fevralın 11-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclasa hakim Nərmin Əhmədova sədrlik edəcək.
Araşdırmalarımız zamanı məlum olub ki, əslində Vüqar Abbasovla "A.M.A.Y. Holding" arasında bir müddətdir ki, məhkəmə çəkişməsi gedir. İlk olaraq şirkət Vüqar Abbasovu məhkəməyə verib. Bundan sonra isə adıçəkilən şəxs qarşılıqlı iddia qaldırıb.
"A.M.A.Y. Holding" 2005-ci ildə qeydiyyata alınsa da, 90-cı illərin əvvəllərindən faəliyyət göstərir.
Abdulla Abdullayevin Azərbaycanda tanınması məhz bu şirkətin fəaliyyəti ilə bağlı olub.
O, ölkənin ən uğurlu iş adamlarından biri kimi tanınıb.
Seyid
Şərhlər