Xəbər lenti

"Amazon" evinizə girə biləcək
Texnologiya10:25 27.10.2017

"Amazon" evinizə girə biləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın ən böyük online alış-veriş saytı "Amazon" mübahisələrə səbəb olan yeni xidmətini təqdim edəcək.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "Amazon Key" adlı xidmət müştəriləri kamera, kilid və uzaqdan idarə edilən açarla təmin edəcək. Beləliklə, müştəri evdə olmadığı halda "Amazon" işçisi evə daxil ola və sifarişi qoya biləcək. Bu baş verən zaman isə ev sahibi prosesi kameralardan izləyə bilər. Evə daxil olmaq əvvəlcədən müəyyənləşdirilmiş kod nəticəsində mümkün olacaq. 
"Amazon Prime" üzvləri üçün 250 dollar qarşılığında quraşdırılması nəzərdə tutulan sistemlə əlaqədar narazılıq baş versə, müştəri qanuni şəkildə haqq tələb edə biləcək.
Qeyd edək ki, mütəxəssislər layihə üzərində 1 ildən çoxdur çalışır. Mübahisələrə səbəb olan və bir çox şəxs tərəfindən narazılıqla qarşılanan xidmətin tanıtımı 8 noyabrda həyata keçiriləcək.
Gülşən
Qaynarinfo.Az