Xəbər lenti

AMEA-da seçkilər keçirilir
Ölkə05:55 07.04.2014

AMEA-da seçkilər keçirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 11 həqiqi və 23 müxbir üzv yerinə seçkilər elan edib.

AMEA Rəyasət Heyətindən APA-ya verilən xəbərə görə, seçkilərlə əlaqədar komissiya yaradılıb. Komissiya ilkin lazımi işləri yekunlaşdırıb və bundan sonra AMEA-nın həqiqi və müxbir üzvlüyünə irəli sürülən namizədlərin sənədlərinin qəbulu, onların elmi-texniki və hüquqi ekspertizası ilə məşğul olub.
 
Komissiyanın sədri Akademiyanın Elmi-Təşkilat İdarəsinin rəisi, texnika elmləri doktoru Əminağa Sadıqovdur. Tərkibi isə hüquq, təhsil və kadrlar şöbələrinin rəisləri, həmçinin bölmələrin elmi katiblərindən ibarətdir.

Qaynar.info