Xəbər lenti

AMEA-nın tikəcəyi yeni binalardan ev almağın ŞƏRTLƏRİ
Ölkə05:30 23.11.2017

AMEA-nın tikəcəyi yeni binalardan ev almağın ŞƏRTLƏRİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Abşeron rayon Saray qəsəbəsində tikiləcək kooperativ yaşayış evlərindən mənzil almaq üçün qoyulan tələbləri açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə, akademiyadan Trend-ə bildiriblər ki, yeni kooperativ yaşayış evləri yalnız AMEA əməkdaşları üçün inşa ediləcək.
Mənzilin ümumi sahəsinin 1 kvadrat metrinin qiyməti 470 manata qədər olacaq.
Mənzil almaq üçün bir neçə ödəniş qaydası təklif edilir.
Şərtlərdən biri budur ki, mənzilin dəyərinin 30%-i ilkin, qalan məbləğ isə 3 ilə veriləcək.
Mənzilin dəyərinin 20%-nin ilkin, qalan məbləğin 2,5 ilə və mənzilin dəyərinin 10%-nin ilkin, qalanını 2 ilə ödəmək kimi şərtlər də nəzərdə tutulur.