Xəbər lenti

Amerikalı boksçu rus rəqibinin qarşısına Putinin portreti ilə çıxdı (VİDEO)
İdman07:09 18.08.2023

Amerikalı boksçu rus rəqibinin qarşısına Putinin portreti ilə çıxdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerikalı boksçu, "Kinqpin" ləqəbli Kevin Conson rusiyalı rəqibi Mark Petrovski ilə döyüşdən öncə maraqlı addım atıb.
Qaynarinfo-nun məlumatına görə, Conson tərəziyə üzərində Rusiya prezidenti Vladimir Putinin portreti və rus bayrağı rənglərində olan köynəklə çıxıb. Keçmiş dünya çempionunun bu adımı birmənalı qarşılanmayıb və müxtəlif insanlar tərəfindən kəskin etirazlarla qarşılanıb. 
46 yaşlı idmançı və onun rus rəqibi bugündən etibarən Moskvada keçiriləcək turnirdə iştirak edəcək. 
Conson bu yaxınlarda Rusiya prezidenti Putinə böyük hörmət bəslədiyini və adını Kevin Vladimiroviç olaraq dəyişdirdiyini bildirib.
Səbuhi Həsənov