İdman 10:20 16.08.2023

Amerikalı futbolçu qəzada həyatını itirdi

Amerikalı reqbi oyunçusu Aleks Kollinz 28 yaşında avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Qaynarinfo-nun məlumatına görə, futbolçu Florida ştatının Lauderdale Lakes şəhərində motosikletində gedərkən ciplə toqquşub. Toqquşmanın şiddəti ilə avtomobilin arxa qapısının şüşəsindən içəri daxil olan Kollins hadisə yerində həyatını itirib.

2016-2021-ci illərdə oynadığı Amerika Futbol Liqasında ( NFL ) "Seattle Seahawks” və "Baltimore Ravens”də forma geyinmiş Kollins , bu il NFL-dən sonra ikinci liqa sayılan USFL-də yarışan "Memphis Showboats” ilə müqavilə imzalamışdı.

Səbuhi Həsənov