Amerikalı hokkeyçi Adam Conson "Çağırış Kuboku"nda yaşadığı dəhşətli qəzadan sonra dünyasını dəyişib.
Qaynarinfo-nun məlumatına görə, "Nottingem Panthers” buz hokkeyi üzrə klubunda çıxış edən amerikalı oyunçu Adam Conson "Şeffild Stilers”lə qarşılaşma zamanı baş verən xoşagəlməz hadisə nəticəsində həyatını itirib.
29 yaşlı hokkeyçi görüşün 35-ci dəqiqəsində rəqibinin müdaxiləsindən sonra yıxılarkən, skeytlə boynundan ciddi zərbə alıb. Meydançaya çıxan tibb işçilərinin sürətli müdaxiləsinə baxmayaraq, gənc oyunçunu xilas etmək mümkün olmayıb.
Bu hadisəni "gözlənilməz qəza" kimi xarakterizə edən "Nottingham Panthers" rəsmi açıqlamada Consonun ailəsinə, yaxınlarına və pərəstişkarlarına başsağlığı verib.
Səbuhi Həsənov