
Gallup Media sorğu mərkəzi sadə amerikalılar arasında sorğu keçirərək ölkənin əsas xarici düşmənlərinin adını açıqlayıb.
Modern.az təşkilatın rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, rəyi soruşulanların 16%-i Şimali Koreyanı, 15%i Rusiyanı, 14%-i isə İranı milli təhlükə görüblər.
Sorğu fevralın 3-7-i arasında ABŞ-ın müxtəlif ştatlarında yaşı 18-dən yuxarı olan vətəndaşlar arasında keçirilib.
Şimali Koreyanın nüvə sınaqları keçirməsi və Cənubi Koreyadakı Amerika hərbi bazalarına hücum edə biləcəyi ilə bağlı bəyanatları amerikalıların narahatlığına səbəb olub.
Gallup Group-un sorğusunun nəticələrini təqdim edirik.
1. Şimali Koreya -16%
2. Rusiya - 15%
3. İran - 14%
4. Çin - 12%
5. İŞİD - 5%
6. İraq - 5%
7. Əfqanıstan - 4%
8. Suriya - 4%
Qaynar.info