Xəbər lenti

Amnistiya Aktının 17 min nəfərə şamil olunması gözlənilir
Ölkə07:42 11.11.2021

Amnistiya Aktının 17 min nəfərə şamil olunması gözlənilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İlkin araşdırmalara görə, Amnistika Aktı Penitensiar Xidmətdə 5 800-ə yaxın, Probasiya Xidmətində 8 800 nəfər məhkuma şamil olunması gözlənilir".
Qaynarinfo xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir: "Bunun 15 min nəfərə yaxını Ədliyyə Nazirliyi tərəfindən icra olunacaq. Bu Amnistiya Aktı digərlərindən əhatəsinin genişliyi ilə fərqlənir".