Xəbər lenti

"Ana ölümündə həkim səhvi yoxdur" demək düzgün deyil” - Mama-ginekoloq
Ölkə08:13 14.07.2021

"Ana ölümündə həkim səhvi yoxdur" demək düzgün deyil” - Mama-ginekoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ana ölümünün birinci səbəbi xəstələrin vaxtında müayinəyə gəlməməsidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Bakı Dəmiryol Xəstəxanasının mama-ginekoloqu Vüsalə Ağabalayava professor Adil Qeybullanın "Ana ölümlərində həkim səhvi axtarmağa ehtiyac yoxdur” fikirinə münasibətində deyib.
Həkim bildirib ki, ana ölümündə səbəblər çoxdur:
"Burada həm həkim səhvi, həm də xəstəyə vaxtında diaqnozun düzgün qoyulmaması səbəb ola bilər. Amma əksər hallarda xəstələrin vaxtında müayinəyə gəlməməsidir. Elə xəstə var ki, sidikdə zülalı çoxdur, amma onu vaxtında müayinələrə çağıra bilmirik. Xəstəyə başa sala bilmirik ki, vaxtında müayinəyə gəlməlisən, analizlər verməlisən, ultrasəs müayinədən keçməlisən ki, doğuşa və ya əməliyyata gedəndə həkim əlində olan nəticələrə görə xəstənin ağırlıq dərəcəsini düzgün qiymətləndirə bilsin. Amma xəstələr müayinəyə gəlmirlər. Ana ölümündə ikinci səbəb kəskin qanaxmalardır. Qanaxmaların isə bir çox səbəbləri var. Onlardan biri doğuş zamanı baş verən travmadır. İkincisi laxtalanma sindromudur, sonra infeksiyalaşma, hipertanit və s. Barada həkim səhvi də ola bilər. "Ana ölümündə həkim səhvi yoxdur" demək düzgün deyil”.
Həkim təəssüf hissi ilə qeyd edib ki, bəzi müayinələr pullu olduğundan xəstələr müayinədən imtina edir:
"Xəstəyə vəziyyəti kifayyət qədər başa salanda pullu müayinə də olsa, razı salırsan. Amma bəzi xəstələri neyləsən də müayinəyə gətizdirə bilmirsən. Hamilələri maarifləndirmək lazımdır. Xarici ölkələrdə "Analıq məktəbi” var - 30 həftədən sonra doğuşa gedəcək qadınların psixoloji hazırlıq məktəbi. Onlar xəstəni doğuş üçün psixoloji cəhətdən hazırlayırlar. Bunu Azərbaycanda da təşkil etmək müsbət hal ola bilər”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən, 2010-2020-ci illərdə respublikada hamiləlik, doğuş zamanı və zahılıq dövründə ölən anaların sayı ümumilikdə 254 nəfər olub.
Bahar Rüstəmli