Xəbər lenti

Anaida Rostovskayanın imzası ilə "Prosport"un gimnastları səhnəyə həyat verdi
İdman15:45 26.05.2025

Anaida Rostovskayanın imzası ilə "Prosport"un gimnastları səhnəyə həyat verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeniyetmə və Gənclərin Rəqs və Gimnastika Festivalı olan "Qəlblərin harmoniyası-4”də "Prosport” İdman Klubunun yeniyetmə gimnastları da iştirak ediblər.
Qaynarinfo xəbər verir ki, bu dəfə gimnastlar səhnəyə fərqli tərzdə çıxaraq bacarıqlarını nümayiş etdiriblər. Onlar tanınmış xoreoqraf, klubun üzvü Anaida Rostovskayanın rəhbərliyi ilə hazırlanan rəqs kompozisiyalarını təqdim ediblər.
Festivalda "Dərvişxanı” (milli rəqs), "Şelkuncik” (Feya) və "Şən rəqsi” adlı nömrələr nümayiş etdirilib. Rəqs kompozisiyalarına gimnastik hərəkətlərin əlavə olunması proqramlara yeni nəfəs verib.
Anaida Rostovskaya bildirib ki, hər üç nömrə üzrə hazırlıq qısa müddətdə həyata keçirilib: "Buna baxmayaraq, yeniyetmələrimiz yüksək performans göstərərək qızıl medal qazandılar”.