7 iyun 2016-cı il tarixində Qaynarinfo.az saytında "Gömrükdə Əbülfəz Məlikovun “biznes imperiyası” - Anar Allahverdiyev kimdir?” başlıqlı araşdırma yazısı dərc olunub.
Yazı dərc olunan gün müəyyən edilmişdir ki, məqalədə adı keçən şəxslərdən biri olan Anar Allahverdiyevlə bağlı redaksiyanın əldə etdiyi məlumatlar həqiqətə uyğun deyil və araşdırma natamamdır. Buna görə də elə həmin gün məqalə yayımdan qaldırılmışdır.
Lakin məqalə yayımdan qaldırılsa da, bəzi media qurumları həmin məqaləni qaynarinfo.az saytına istinadla yayımlamışdır.
"Qaynar-Media" MMC olaraq bəyan edirik ki, adıkeçən məqalə tərəfimizdən təkzib edilir və həmkarlarımızdan mövqeyimizi nəzərə almağı xahiş edirik.
Yaranmış narahatlığa görə qarşı tərəfdən üzr istəyirik.