Hazırda həbsdə olan fəaliyyəti dayandırılmış Azərbaycan Yüksəliş Partiyasının keçmiş başqanı Anar Əsədli vəkilləri Zibeydə Sadıqova və Hikmət Əliyevdən imtina edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Anar Əsədlinin yaxınları ona məxsus sosial şəbəkə hesabında məlumat yayıb.
Qeyd edilib ki, yeni vəkillə müqavilə bağlandıqdan sonra bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Anar Əsədli ötən ilin oktyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilir.
Şərhlər