Xəbər lenti

Anar Nağılbazdan pis xəbər: reanimasiyaya yerləşdirildi
Ölkə12:27 04.12.2017

Anar Nağılbazdan pis xəbər: reanimasiyaya yerləşdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Repçi Anar Nağılbaz Respublika Klinik Xəstəxanasının reanimasiya şöbbəsinə yerləşdirilib.
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı cebhe.info-ya sənətçinin anası Şərqiyyə Cəlilova verib.
"Anar möhkəm stress keçirdi. Şəkəri qalxdı, təzyiqi tamamilə aşağı düşdü, ölümcül vəziyyətdə Təcili Tibbi Yardımla xəstəxanaya aparıldı. İynələrin gücünə bir balaca babatlaşıb. Gün ərzində ona 4-5 sistem köçürülür", - deyə Ş.Cəlilova bildirib.
Qeyd edək ki, son günlər Anar Nağılbaz porno-videosunun yayılması ilə gündəmə gəlib.