Xəbər lenti

Anasını qətlə yetirən Bakı sakini 13 həbs aldı - FOTOLAR
Ölkə10:32 27.01.2015

Anasını qətlə yetirən Bakı sakini 13 həbs aldı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Anasını qətlə yetirən Bakı sakini 13 il müddətinə cəzalandırılıb.

Qaynar.info xəbər verir ki, Bakı Ağır cinayətlər məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə Sabunçu rayon sakini Mürsəl Dünyamalıyevin CM-nin 120.2.4 

(xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

İstintaq materiallarına əsasən, 2013-cü il dekabrın 18-də Bakıxanov qəsəbəsində yaşayan 31 yaşlı Mürsəl Dünyamalıyev anası Cəmilə  Dünyamalıyevanı (1962-ci il təv) qətlə yetirib, daha sonra Xətai RPİ 37-ci polis bölməsinə gələrək, baş vermiş hadisəni danışıb. Dərhal sonra məlumat aidiyyatı üzrə Sabunçu RPİ 13-cü polis bölməsinə məlumat verilib, hadisə yeri istintaq-əməliyyat qrupu tərəfindən müayinə olunub.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Cəmilə Dünyamalıyevanın bədən səthində 102 ədəd kəsilmiş-dəşilmiş yara aşkar edilib.

Təqsirləndirilə şəxs anasına qarşı olan nifrətini və qəddarlığını onun əxlaqsızlıq etməsi ilə əlaqələndirib. Məlum olub ki, o idmanla məşğul olub, “Socar” şirkətində mühafizəçi işləyib.

Məhkəmənin hökmü ilə M.Dünyamalıyev 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Qaynar.info